DÜNYA


Ermənistanda koronavirusa yoluxanların sayı 49 500-ü keçib

Tbilisi, 28 sentyabr, AZƏRTAC

Ermənistanda koronavirusa yoluxanların sayı 50 minə yaxınlaşır. Son sutka ərzində ölkədə daha 174 nəfərdə koronavirus aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, ölkədə COVID-19 virusuna yoluxanların ümumi sayı 49 min 574-ə çatıb.

Pandemiya qurbanlarının sayı daha 6 fakt artaraq 957-yə çatıb. Digər səbəblərdən ölən koronavirus xəstələrinin sayı isə 295-dir.

Hazırda Ermənistanda 4657 aktiv koronavirus xəstəsinin olduğu bildirilir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.