İQTİSADİYYAT
FABRİKDƏ İSTEHSAL HƏCMİ GETDİKCƏ ARTIR
Təkcə keçən il Müdafiə Nazirliyinin sifarişi ilə burada 3 milyard 172 milyon manatlıq məhsul istehsal edilmişdir. Bundan əlavə, daxili bazar üçün 120 milyon manatlıq yataq dəstləri, iş paltarı və s. məhsullar buraxılmışdır.
Cari ildə fabrikdə məhsul istehsalının həcmi daha da artacaqdır. Müdafiə Nazirliyinin keçirdiyi tenderdə yenə də qalib gələn fabrik Milli Ordu üçün 4,5 milyard manatlıq paltar istehsal edəcəkdir.
Hazırda müəssisədə 7 çeşiddə məhsul hazırlanır. Yaxın vaxtlarda məhsulların çeşidi 18-ə çatdırılacaqdır. Müdafiə Nazirliyinin sifarişindən əlavə daxili bazar üçün 200 milyon manatlıq xalq istehlakı malları istehsal olunacaqdır. Bununla əlaqədar fabrikdə işləyənlərin sayı 170 nəfərdən 200 nəfərə çatdırılacaqdır ki, bu da Muxtar Respublikada işsizliyin azaldılmasına yeni töhfə olacaqdır.