CƏMİYYƏT


FHN: Ötən sutka 33 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib

Bakı, 21 yanvar, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları ötən sutka ərzində 26 halda yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və iki avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçiriblər.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas edilib. Ötən sutka FHN-in qüvvələri biri azyaşlı olmaqla beş nəfəri, o cümlədən Sumqayıt şəhərində “Daewoo” və “BMW” markalı iki minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış bir nəfəri xilas ediblər. Həmçinin Bakı şəhərinin Xətai rayonunda “Kia” markalı minik avtomobilinin daş hasara çırpılması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 2000-ci il təvəllüdlü Hüseynov Zeynal Yusif oğlunun və paytaxtın Nəsimi rayonunda bağlı qapı arxasında aşkarlanmış 1937-ci il təvəllüdlü Lalayeva Rəna Heydər qızının cəsədləri çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, güclü külək səbəbindən Bakı şəhərinin Suraxanı rayonundakı Zığ qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasının üzlük daşlarının yaratdığı təhlükə ilə əlaqədar xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Nazirlik üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.