CƏMİYYƏT
FHN: Ötən sutka ərzində 5 nəfər xilas edilib
Bakı, 13 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 23 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 5 nəfər xilas edilib. Həmçinin Taxtakörpü-Ceyranbatan su kanalında batmış 2003-cü il təvəllüdlü Xalıqova Aysel Aydın qızının meyiti dalğıc-axtarış qrupu tərəfindən kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.