CƏMİYYƏT
FHN: Tikanlı kəndində meşə zolağında baş vermiş yanğın söndürülüb
Bakı, 30 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, avqustun 28-də Qəbələ rayonunun Tikanlı kəndində meşə zolağında baş vermiş yanğınlar bu gün saat 17:00-da söndürülüb.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, yanğınlar nəticəsində üç hektar ərazidə quru ağaclar və kol-kos yanıb. Meşə ərazisi yanğından mühafizə olunub.
Qeyd edək ki, yanğınsöndürmə işlərində nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri, aviasiya dəstəsinin yanğınsöndürmə helikopteri, mülkü müdafiə qoşunlarının şəxsi heyəti iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]