CƏMİYYƏT
FHN-in Mülki müdafiə qoşunlarında andiçmə mərasimi keçirilib
Bakı, 8 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra andiçmə mərasimi açıq elan olunub.
Tədbirdə çıxış edənlər işğal altında saxlanılan əzəli torpaqlarımızın Azərbaycan xalqının xilaskarı, müasir dövlətimizin qurucusu ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edildiyini, ərazi bütövlüyümüzün bərpa olunduğunu qürur hissi ilə vurğulayıblar.
Hərbi andı qəbul edən gənc əsgərlər Vətənə və dövlətə sədaqətlə xidmət edəcəklərinə, verilən əmrləri şərəflə yerinə yetirəcəklərinə, baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkən insanların xilas olunması üçün əllərindən gələni əsirgəməyəcəklərinə and içiblər.
Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.