İDMAN


FIDE: Şəhriyar Məmmədyarov iki pillə irəliləyib

Bakı, 1 iyul, AZƏRTAC

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov (2759 xal) 2 pillə irəliləyib. Təmsilçimiz hazırda dünya reytinqində 12-ci yeri tutur. Digər şahmatçımız Teymur Rəcəbov (2738 xal) isə 13-cü yerdən 18-ci pilləyə geriləyib.

Kişi şahmatçılarımızdan ilk yüzlükdə iki təmsilçimiz yer alıb. Belə ki, Qədir Hüseynov (2668 xal) 81-ci, Rauf Məmmədov isə (2656 xal) 92-ci pillədə qərarlaşıblar.

Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2864 xal) başçılıq edir. Çinli Liren Dinq (2806 xal) ikinci, Fransanı təmsil edən gənc istedad Alireza Firuzca (2793 xal) isə üçüncü yerdədirlər.

Qadınların reytinq cədvəlində isə ilk yüzlükdə şahmatçılarımızdan Günay Məmmədzadə 2455 xalla 26-cı yerdə qərarlaşıb. Gövhər Beydullayeva (2390 xal) 59-cu, Gülnar Məmmədova (2380 xal) 66-cı, Ülviyyə Fətəliyeva (2372) 84-cü yerləri tuturlar.

Çinli Hou Yifan (2650 xal) qadınların reytinq cədvəlinə başçılıq edir. Rusiyalı Aleksandra Qoryaçkina (2599 xal) və çinli Ju Venjun (2560 xal) sonrakı iki pillədə qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.