İDMAN


FIFA-ya prezident seçkisi 2023-cü ildə keçiriləcək

FIFA-ya prezident seçkisi 2023-cü ildə keçiriləcək

Bakı, 31 mart, AZƏRTAC

Beynəlxalq Futbol Federasiyasına (FIFA) prezident seçkisi 2023-cü ildə qurumun 73-cü konqresi zamanı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.

Seçki təqvimi FIFA şurasının iclasında təsdiqlənib. Təqvimə əsasən, seçki dövrü bu il martın 31-də başlayacaq. Müraciət üçün son tarix qurultaya dörd ay qalmış, qəbul edilmiş namizədlər üçün bildiriş müddəti isə qurultaya bir ay qalmış başa çatacaq.

FIFA-nın hazırkı prezidenti 2016-cı ildən təşkilata rəhbərlik edən isveçrəli Canni İnfantinodur. Bundan əvvəl C.İnfantino Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) baş katibi vəzifəsində çalışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.