RƏSMİ XRONİKA
FORUM İŞTİRAKÇILARININ ŞƏRƏFİNƏ
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verir ki, sentyabrın 22-də Karl Bertelsmann Fondunun binasında Beynəlxalq Bertelsmann-2006 forumu iştirakçılarının şərəfinə ziyafət verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ziyafətdə iştirak etmişdir.
X X X
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Çernoqoriyanın Baş naziri Milo Cukanoviç və Polşanın keçmiş Prezidenti Aleksandr Kvasnevski sentyabrın 22-də, günün sonunda Karl Bertelsmann Fondunun binasında “Demokratiya çağırışı” mövzusunda keçirilən tədbirdə iştirak etmişlər.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış etmişdir.