FRANSADA YAYLIQ BAĞLANMASININ QADAĞAN EDİLMƏSİ HAQQINDA QANUN ƏQİDƏYƏ, İSLAMA VƏ YA HƏR HANSI AZLIĞA, YAXUD İCMAYA QARŞI YÖNƏLDİLMƏYİBDİR
AzerTAg.az
24.01.2004 [11:54]
AZƏRTAC-ın müxbiri Moskvadan xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Dominik de Vilpen rusiyalı həmkarı İqor İvanovla danışıqlardan sonra keçirilən mətbuat konfransında bəyan etmişdir.
Cənab Vilpen vurğulamışdır ki, Fransa dünyəviliyə, dini etiqada və əqidələrə hörmət prinsipinə əsaslanır. Bu prinsipi indi bir daha təsdiq etmək lazımdır. O demişdir ki, yeni qanun, ümumən, baş yaylığı bağlanmasına aid deyildir, lakin dövlət məktəblərində şagirdlər dini etiqadın fərqləndirici əlamətlərini gəzdirməməlidirlər. Onun fikrincə, bu qanun Fransa cəmiyyətində dini dözümlüyü möhkəmlətməyə, müxtəlif dinlərə hörmətlə yanaşmağa imkan verəcəkdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
01.06.2023 [04:14]
MULTİMEDİA
31.05.2023 [23:49]
31.05.2023 [20:16]
31.05.2023 [19:40]
31.05.2023 [20:58]
31.05.2023 [20:51]
01.06.2023 [03:10]
01.06.2023 [00:09]
31.05.2023 [18:03]
31.05.2023 [18:01]
01.06.2023 [04:14]
31.05.2023 [17:59]
31.05.2023 [10:39]
30.05.2023 [16:45]
31.05.2023 [20:51]
30.05.2023 [21:12]
30.05.2023 [18:17]
31.05.2023 [23:16]
Xəbərin mətnində orfoqrafik səhv var