İDMAN


FUTBOL TURNİRİNDƏ BAKILILAR QALİB GƏLDİLƏR

Yeniyetmələrin 4-cü Respublika Oyunlarında futbol turniri və qılıncoynatma yarışları başa çatmışdır. Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ölkənin müxtəlif şəhər və rayonlarından 15 komandanın yarışdığı futbol turnirində bakılılar qalib gəlmişlər. İkinci yeri sumqayıtlılar, üçüncü yeri isə Naxçıvan futbolçuları tutmuşlar.

Qılıncoynatma yarışlarında mükafata Bakı məktəbliləri layiq görülmüşlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.