SİYASƏT


Fahrettin Altun: Türkiyə Ermənistan ordusuna məxsus təyyarəni vurmayıb

İstanbul, 29 sentyabr, AZƏRTAC

Türkiyə Ermənistan ordusuna məxsus təyyarəni vurmayıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun Ermənistanın SU-25 təyyarəsinin guya Türkiyəyə məxsus F-16 qırıcısı tərəfindən vurulması ilə bağlı iddialarına cavabında bildirib.

Məlumatda qeyd edilib ki, Türkiyə qırıcısının guya Ermənistanın döyüş təyyarəsini vurması iddiası tamamilə həqiqətə uyğun deyil. Ermənistan ucuz təbliğata əl atmaq əvəzinə işğal etdiyi ərazilərdən çəkilməlidir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.