İDMAN


Famil Ağayev: Doğma meydanda azarkeşlər qarşısında oynamağımız bizim üçün böyük dəstəkdir

Bakı, 21 sentyabr, AZƏRTAC

Avropa çempionatının ölkəmizdə keçirilməsi, doğma azarkeşlərimizin qarşısında oynamağımız komandamız üçün dəstəkdir.

AZƏRTAC xəbər verir ki, bunu qadınlar arasında voleybol üzrə Azərbaycan milli komandasının məşqçisi Famil Ağayev sentyabrın 21-də mötəbər turnirlə əlaqədar təşkil edilən brifinqdə deyib.

Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, baş məşqçi Faiq Qarayevin rəhbərlik etdiyi kollektivin yarışa tam hazır olduğunu diqqətə çatdıran F.Ağayev bildirib: “Üç aya yaxın müddət ərzində yoxlama oyunları keçirmişik. Qrupumuzdakı rəqiblərin hamısı çox güclüdür. Qələbə qazanmaq üçün əzmkarlıqla mübarizə aparmaq lazımdır. Yığmamız bunun üçün tam hazırdır və komandamıza inanırıq”.

Nataliya Məmmədovanın yığmaya qayıdışının komandanın gücünü daha da artırdığını vurğulayan məşqçi bildirib: “Nataliya çox güclü voleybolçudur və hazırda yaxşı formadadır. Komandada top qəbulu zamanı bir az çətinliyimiz olur. Hazırlıq zamanı buna xüsusi fikir vermişik. “A” qrupundakı rəqiblərimiz - Almaniya, Polşa və Macarıstan ilə qarşılaşmalara ciddi hazırlaşmışıq. Qrupu birinci yerdə başa vurmaq istəyirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.