CƏMİYYƏT
Faşizm üzərində Qələbənin ildönümü Latviyada qeyd edilib
Riqa, 9 may, AZƏRTAC
Mayın 9-da Latviyanın paytaxtı Riqada faşizm üzərində Qələbənin növbəti ildönümü ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Riqa Şəhər Qəbiristanlığında İkinci Dünya müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə keçirilən tədbirdə Latviyanın ali rəhbərliyi iştirak edib. Prezident Raymond Veyonis, parlament sədri İnara Murniese və hökumət rəsmiləri müharibə zamanı həyatını qurban vermiş insanların xatirəsini yad edərək abidə önünə əklillər qoyublar.
Tədbirdə, həmçinin Latviyada fəaliyyət göstərən diplomatık korpusun üzvləri, o cümlədən Azərbaycanın bu ölkədəki səfiri Cavanşir Axundov iştirak edib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa