İDMAN


Favoritlərin mübarizəsindən “Məhsul” həndbol klubu qalib ayrılıb

Bakı, 11 fevral, AZƏRTAC

Kişi həndbolçuların ölkə çempionatında 9-cu turun qarşılaşmaları keçirilib. “ABU Arena”da təşkil olunan yarışın növbəti oyun günündə diqqətlər favoritlərin görüşünə yönəlib.

AZƏRTAC Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, bu turadək hərəyə 14 xalla çempionata şərikli liderlik edən “Məhsul” və “Bakı” komandalarının qarşılaşması gərgin və maraqlı mübarizə ilə yadda qalıb. Qapılara ümumilikdə 51 qolun vurulduğu oyunda fürsətdən daha layiqincə faydalanan “Məhsul” azarkeşlərinin ümidlərini doğruldub. Nominal meydança sahibi çempionluq yolunda əsas rəqibini 28:23 hesabı ilə üstələyib.

“Təhsil” –“U-16” görüşündə isə birincilər asan qələbəyə seviniblər – 35:19.

Prinsipial qarşılaşmanı qələbə ilə başa vuran “Məhsul” 16 xalla çempionatın artıq vahid lideridir. Bu turdakı məğlubiyyətdən sonra izləyiciyə çevrilən “Bakı”nın aktivində 14 xal var. Hələ ki, qələbə sevinci dadmayan “U-16” üzərində qələbə ilə xal ehtiyatını 6-ya çatdıran “Təhsil” 3-cü pillədədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.