ELM VƏ TƏHSİL


Fəlsəfə İnstitutunda Dünya Elm Gününə həsr olunmuş dəyirmi masa keçirilib

Bakı, 8 noyabr, AZƏRTAC 

AMEA-nın Fəlsəfə İnstitutunda 10 noyabr - Dünya Elm Gününə həsr olunmuş “Azərbaycan fəlsəfəsi və müasir elm” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə çıxış edərək dəyirmi masa iştirakçılarını qarşıdan gələn 9 noyabr - Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü münasibətilə təbrik edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, çıxışında elm ilə digər sahələrin birgə fəaliyyətinə toxunan İlham Məmmədzadə “Elm və sülh”, “Elm və idarəçilik”, “Elm və inkişaf”, “Elm və iqtisadiyyat”, “Elm və səmərəlilik”, “Elm və süni intellekt” və digər sahələrin vacib əhəmiyyət kəsb etdiyini və bu məsələlərin alimlərimizi daim düşündürdüyünü söyləyib.

İlham Məmmədzadə elmin fəlsəfədən kənarda qala bilmədiyini və elmə fəlsəfi yanaşmanın bu sahədə uğurlar gətirəcəyinə əminliyini bildirib.

Sonra Fəlsəfə İnstitutunun şöbə müdiri Adil Əsədov “Müasir elm idraki paradiqmaların əvəzlənməsi kontekstində” mövzusunda çıxış edib. Fikirlərini tezis şəklində təqdim edən Adil Əsədov fəlsəfənin hər bir tarixi tipi bir-birini əvəz etməli olan epoxal dünyagörüşlərin reasionallaşdırılmasına olan ehtiyacdan doğduğunu deyib.

“Azərbaycan elminin dinamikası: fəlsəfi-tarixi baxış” mövzusunda çıxış edən Fəlsəfə İnstitutunun şöbə müdiri Füzuli Qurbanov Azərbaycanda qədim elmi məktəblərin mövcud olduğu coğrafi və mədəni məkan olduğunu və burada dövlətçilik ənənəsinin daim güclü fəlsəfi, ideoloji, elmi və mənəvi-mədəni konsepsiyalarının mövcudluğu şəraitində formalaşdığını bildirib.

Fəlsəfə İnstitutunun böyük elmi işçisi Şölət Zeynalov “Fəlsəfə və elm həmrəylik vasitəsi kimi” mövzusunda çıxışında fəlsəfənin elm, mədəniyyət və dinlə dialoqa hazır olmağını diqqətə çatdırıb.

Sonda institutun əməkdaşlarından İradə Zərqanayeva, Rəfiqə Əzimova, Mətləb Mahmudov və Məhəmməd Cəbrayılov çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.