CƏMİYYƏT


Fərhad Abdullayev: Türk Dövlətləri Konstitusiya Məhkəmələrinin Konfransı Təşkilatının yaradılması ölkələrimiz üçün vacib xarakter daşıyır VİDEO

İstanbul, 27 aprel, AZƏRTAC

Türkiyə Konstitusiya Məhkəməsi tərəfindən hər il ənənəvi şəkildə beynəlxalq konfranslar keçirilir. Bundan əvvəl videoformatda görüşlərimiz də olub. Builki tədbir Türkiyə Konstitusiya Məhkəməsinin 60 illik yubileyinə təsadüf edib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyədə səfərdə olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib.

Tədbirin uğurla davam etdiyini vurğulayan sədr deyib: “Hesab edirəm ki, tədbir çox uğurlu və faydalı keçdi. Konkret olaraq konfrans Konstitusiya Məhkəməsinin rəsmi şərhlərinə həsr olundu. Konstitusiyanın və qanun müddəalarına daha dolğun açıqlama və izah verilməsi bütün hüquq orqanları üçün çox böyük əhəmiyyət daşıyır. Biz də Azərbaycan tərəfi olaraq, öz fikirlərimizi səsləndirdik və mövqeyimizə görə, Konstitusiya Məhkəməsinin səlahiyyətlərindən biri olan qanunların və konstitusiyanın şərhi çox vacibdir. Nəzərə alınmalıdır ki, bu, məcburi qüvvəyə malikdir və hüquq tətbiqedici orqanlar tərəfindən şərh olduğu kimi qəbul edilməlidir".

Fərhad Abdullayev Türk Dövlətləri Konstitusiya Məhkəmələrinin Konfransı Təşkilatının yaradılması məsələsinə toxunaraq bunun ölkələrimiz üçün vacib xarakter daşıdığını bildirib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.