REGİONLAR
Fermerlərə zərərvericilərə qarşı səmərəli mübarizə üsulları öyrədiləcək
Gəncə, 6 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Fermerlərə zərərvericilərə qarşı səmərəli mübarizə aparılması məqsədilə təlimlər keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən beynəlxalq elmi-praktik konfransda məlumat verilib.
Təlimlər Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Kənd təsərrüfatının rəqabət qabiliyyətliliyinin gücləndirilməsi” layihəsi çərçivəsində reallaşacaq. Layihə çərçivəsində beynəlxalq mütəxəssislərin araşdırma və təcrübələri yerli fermerlər üçün təşkil ediləcək təlim materiallarında istifadə olunacaq.
Beynəlxalq konfransın “Aqronomluq və aqrotexnologiya” bölməsində “Zərərverən orqanizmlərə qarşı inteqrir mübarizə” üsulları müzakirə edilib. Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun, Azərbaycan Dövlət Aqrar Universitetinin, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri mövzu ilə əlaqədar təqdimatlarla çıxış ediblər.