İDMAN
Fernando Hierro futbol üzrə İspaniya milli komandasının baş məşqçisi təyin olunub
Bakı, 13 iyun, AZƏRTAC
İyunun 13-də futbol üzrə İspaniya milli komandasının baş məşqçisi Xilen Lopeteqinin istefaya göndərilməsindən sonra bu vəzifəyə yığmanın idman direktoru Fernando Hierro təyin olunub.
AZƏRTAC xəbər verir ki, İspaniya Kral Futbol Federasiyasının (RFEF) “Twitter” səhifəsində yer alan məlumata görə, F.Hierro çempionat müddətində komandaya rəhbərlik edəcək.
Xatırladaq ki, iyunun 12-də İspaniya yığmasının əvvəlki çalışdırıcısı Xilen Lopeteqinin dünya çempionatından sonra “Real Madrid” komandasına rəhbərlik edəcəyi açıqlanmışdı. Bu xəbər İspaniya millisində birmənalı qarşılanmadığından RFEF-in prezidenti Luis Rubiales baş məşqçinin dərhal istefasını tələb edib. Bundan sonra X.Lopeteqi milli komandanın düşərgəsindən ayrılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]