İDMAN


Ferstappen Avstriya Qran-Prisinin qalibi olub

Bakı, 2 iyul, AZƏRTAC

“Red Bull” komandasının pilotu Maks Ferstappen Avstriya Qran- Prisinin qalibi olub.

AZƏRTAC xəbər verir ki, yürüşün bu mərhələsində ikinci yeri “Ferrari” komandasının pilotu Kimi Raykkonen, üçüncü yeri isə Sebastyan Fettel tutub.

Maks Ferstappen cari mövsümdə özünün birinci, karyerasında isə dördüncü dəfə qələbə qazanıb. “Mercedes” komandasının hər iki pilotu texniki problemlər üzündən yürüşü vaxtında əvvəl dayandırıblar.

Avstriya Qran-Prisi başa çatandan sonra Formula 1 dünya çempionatının ümumi hesabında Sebastyan Fettelə liderlik edir. Onun aktivində 146 xal var. İkinci yeri tutan Lyuis Hemilton Fetteldən cəmi bir xal geri qalır. Aktivində 101 xal olan Kimi Raykkonen isə Valtteri Bottası və Daniel Rikkardonu geridə qoyaraq üçüncü yerə çıxıb.

Avstriya mərhələsindən sonra Konstruktorlar Kubokunda “Ferrari” liderlik edir. İkinci yeri “Mercedes”, üçüncü yeri “Red Bull” komandaları tutur.

Gələn həftə mübarizə Silverstounda davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.