Festival: Final matçında çətin qələbə qazanan Xorvatiyanın oğlan həndbolçuları çempion olublar
AzerTAg.az
Bakı, 27 iyul, AZƏRTAC
İyulun 27-də XV Avropa Gənclər Olimpiya Festivalında oğlan həndbolçuların mübarizəsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, yarışın Bakı İdman Sarayında keçirilən final matçında Xorvatiya və Almaniya yığma komandaları üz-üzə gəliblər. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada 29:28 hesabı ilə çətin qələbə qazanan Xorvatiya komandası “EYOF Bakı 2019”un çempionu olub.
Yarışda 5-6-cı yerlər uğrunda görüşdə İslandiya yığması Sloveniyaya qalib gəlib – 24:17.
Xatırladaq ki, oğlanların yarışında bürünc medallara Fransa təmsilçilərini 28:21 hesabı ilə məğlubiyyətə uğradan Danimarka həndbolçuları layiq görülüblər. Azərbaycan idmançıları isə 7-8-ci yerlər uğrunda görüşdə Serbiyaya uduzub – 14:35.
Bununla da festivalda oğlan həndbolçuların da yarışı başa çatıb. Bu yarışda ilk üç yeri Xorvatiya, Almaniya və Danimarka milliləri tutublar.






















Xəbərin mətnində orfoqrafik səhv var