MƏDƏNİYYƏT


Fevral-mart aylarında Azərbaycanda “Yapon küləyi” əsəcək

Fevral-mart aylarında Azərbaycanda “Yapon küləyi” əsəcək

Bakı, 3 fevral, Emil Məlikov, AZƏRTAC

Bu ilin fevral-mart aylarında Yaponiya səfirliyi Azərbaycanda “Yapon küləyi” adlı silsilə tədbirlər keçirəcək. Bununla ölkənizin sakinlərinin Yaponiya mədəniyyəti və adət-ənənələri ilə tanış olmaq imkanı yaranacaq. Bakı küləklər şəhəri olduğuna görə Yaponiya ilə bağlı mədəniyyət tədbirlərinin burada həzin küləklər kimi əsəcəyinə ümid edirəm.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “TATE-Hatoryu” qrupunun ifasında “Ənənəvi Yapon Qılınc Döyüş Sənəti üzrə Səhnə Performansı”nın təqdimatında Yaponiyanın ölkəmizdəki səfiri Vada Cuniçi deyib.

“TATE Yaponiyanın ənənəvi incəsənət növlərindən biridir. Bu, döyüş sənətinin elementlərini özündə birləşdirsə də, idman növü kimi deyil, daha çox teatral tamaşa kimi qəbul olunur. Artıq xeyli müddətdir ki, Azərbaycanda yaşayıram. Ölkənizdə ən çox sevdiyim özəllik, ilk növbədə, insanların çox ürəyiaçıq və qonaqpərvər olmasıdır. Eyni zamanda, Azərbaycanın gözəl təbiəti və dadlı mətbəxi də məni valeh edir”, - deyə səfir bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.