DÜNYA


Filippində keçirilən prezident seçkilərində keçmiş diktator Ferdinand Markosun oğlu liderdir

Tokio, 9 may, AZƏRTAC

Mayın 9-da Filippində keçirilən prezident seçkilərində keçmiş diktator Ferdinand Markosun oğlu və adaşı səslərin 68,27 faizini toplayaraq liderdir.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının həmin gün yaydığı aralıq məlumatlarda bildirilir. Qeyd edilir ki, yerli vaxtla saat 21:47-yə olan məlumata görə F.Markos 22,4 milyondan çox səs toplayıb. Onun əsas rəqibi olan vitse-prezident xanım Leni Robredo isə 10,6 milyon səs toplaya bilib. Üçüncü yerdə səslərin 2 milyonunu toplayan senator və keçmiş peşəkar boksçu Menni Pakyo gəlir.

Bununla yanaşı, Filippinin hazırkı dövlət başçısı Rodriqo Dutertenin qızı, Davao şəhərinin meri və vitse-prezident vəzifəsinə namizəd Sara Dutertenin 22,1 milyon səs topladığı qeyd edilir. Onun ardınca 6,7 milyon səs toplayan senatorlar Kiko Panqilian və 6 milyon səs qazanan III Visente Sotto gəlir.

Əlaqə olaraq qeyd edək ki, mayın 9-da 13 saat ərzində filippinlilər təkcə prezidenti deyil, həm də vitse-prezidenti, senatorları, konqresmenləri və minlərlə başqa menecerləri seçiblər. Hazırkı prezident, konstitusiyaya görə yenidən seçilə bilməyən 77 yaşlı R.Duterte iyunun 30-da vəzifəsini tərk edəcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.