Finlandiya mart ayında Rusiyadan neft idxalını 70 faiz azaldıb
AzerTAg.az
Bakı, 6 may, AZƏRTAC
Finlandiya Ukraynada müharibə başlayandan sonra mart ayında Rusiyadan neft idxalını 70 faiz azaldıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Bloomberg agentliyi Finlandiya gömrük xidmətinə istinadla məlumat yayıb. Dəyər baxımından idxalın 2021-ci ilin mart ayı ilə müqayisədə 45 faiz azaldığı bildirilir.
“Finlandiyanın Rusiya ilə ticarət münasibətləri tədricən dağılır”, - “Danske Bank” bankının iqtisadçısı Pasi Kuoppamaki belə deyib.
Həmçinin Finlandiya hakimiyyəti bildirib ki, ölkə 2021-ci ildə təbii qazın 92 faizini Rusiyadan alıb. Mart ayında qaz idxalının qiyməti illik ifadədə 282 faiz artaraq 151,4 milyard avroya yüksəlib. Bununla yanaşı, Finlandiya tələb olunan elektrik enerjisinin cəmi 5 faizini qazla işləyən elektrik stansiyalarında istehsal edir.

Xəbərin mətnində orfoqrafik səhv var