ELM VƏ TƏHSİL
Firudin bəy Köçərlinin biblioqrafiyası Milli Rəqəmsal Yaddaş bazasında yerləşdirilib
Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) “Firudin bəy Köçərlinin biblioqrafiyası” daxil olub.
MEK-dən AZƏRTAC-a bildirilib ki, kitab bu qurumun elektron kataloquna daxil edilərək Milli Rəqəmsal Yaddaş bazasında yerləşdirilib. Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və tərcüməçi Firidun bəy Əhmədağa oğlu Köçərlinin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən biblioqrafiya iki hissədən ibarətdir. Birinci hissədə F.Köçərlinin əsərləri, ikinci hissədə isə onun haqqında materiallar toplanıb.
Ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar, eyni zamanda, geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab Mədəniyyət Nazirliyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən nəşr etdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:07]
Dünyaşöhrətli alim "Yeni çağırışlar"da
- 07.05.2024 [18:16]