ELM VƏ TƏHSİL
Fizika İnstitutunun şəbəkə infrastrukturu yenidən qurulub
Bakı, 14 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) texniki dəstəyi ilə akademiyanın bir sıra institut və təşkilatlarında şəbəkə infrastrukturu yenidən qurulur.
İTİ-dən AZƏRTAC-a bildiriblər ki, AMEA-nın Fizika İnstitutunda da Wi-Fi şəbəkə texnologiyasının infrastrukturu yenidən qurulub və Eduroam xidməti qurumun əməkdaşlarının istifadəsinə verilib. Fizika İnstitutunda bu istiqamətdə işlərin görülməsi institutun gələcək fəaliyyətinin daha səmərəli təşkilinə, alim və mütəxəssislərinin Avropa elmi mühitinə inteqrasiya olunmasına daha geniş imkanlar yaradacaq.
AMEA Biofizika İnstitutunda da şəbəkə infrastrukturunun yenidən qurulması planlaşdırılır.