ELM VƏ TƏHSİL


Fizika fənni üzrə bazar günü məktəbi

Bakı, 16 noyabr, AZƏRTAC

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı Filialında fizika fənni üzrə bazar günü məktəbi noyabrın 22-də (saat 14:00) başlanacaq və hər bazar günü “Zoom” platforması üzərindən onlayn formatda keçiriləcək.

AZƏRTAC MDU-nun Bakı Filialının saytına istinadla xəbər verir ki, bazar günü məktəbinə qeydiyyat üçün bu ali təhsil müəssisəsinin internet səhifəsində göstərilən linkə daxil olaraq müvafiq formanı doldurmaq lazımdır. Forma cari tədris ilində bir dəfə doldurulur. Qeydiyyat hər şənbə günü saat 18:00-da başa çatır və bazar ertəsi saat 10:00-da açılır.

Hər məşğələdən öncə qeydiyyatdan keçmiş olanların hamısının qeydiyyat zamanı göstərdikləri e-mail ünvanına məktub göndəriləcək və orada “Zoom” sisteminə daxil olmaq üçün məlumat olacaq.

“Zoom Launcher” əlavəsini kompüterə və ya mobil telefona əvvəlcədən yükləmək lazımdır.

Qeydiyyatla bağlı sual olarsa, [email protected] ünvanına müraciət etmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.