İDMAN


Formula 1 2025-ci ilə qədər ikitaktlı ekoloji motorlara keçə bilər

Bakı, 14 yanvar, AZƏRTAC 

Formula 1 2025-ci ilə qədər ikitaktlı motorların tətbiqi imkanını nəzərdən keçirir.

AZƏRTAC xəbər verir ki, bunu çempionatın texniki rəhbəri Pet Simonds bildirib.

İkitaktlı motorlardan əsas etibarilə gücü, məsələn, otbiçən maşın və moped kimi xeyli dərəcədə zəif olan texnikada istifadə olunur. Əvvəllər belə mühərriklər çox yanacaq istifadə edir və ətraf mühiti güclü çirkləndirirdi, lakin Simondsun sözlərinə görə, texnologiyaların inkişafı bu problemləri həll etməyə imkan verir.

Xatırladaq ki, daha əvvəl Formula 1 işlənmiş qazı 2030-cu il mövsümünə qədər sıfıra endirməyə çalışdığını bildirib.

“Motorsport Magazine” Simondsun bu sözlərini sitat gətirib: “Biz F1-də belə bir imkanı nəzərdən keçiririk. Mən ikitaktlı motorlara meyilliyəm. İkitaktlı motorlarla bağlı köhnə problemlər artıq problem olmaqdan çıxıb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.