İDMAN


“Formula-1” Avropa Qran-prisinə hazırlıq işləri başa çatmaq üzrədir VİDEO

Bakı, 13 iyun, AZƏRTAC 

İyunun 13-də mətbuat nümayəndələrinin “Formula-1” Avropa Qran-prisinin Hökumət evinin qarşısında yerləşən Paddok ərazisinə məlumat turu təşkil olunub.

AZƏRTAC xəbər verir ki, media nümayəndələri burada yaradılmış şəraitlə yaxından tanış olublar.

“Formula-1” Avropa Qran-prisinin sınaq yarışlarına iki gün qaldığını bildirən “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer heyətlərin formalaşdığını, tikintinin isə başa çatmaq üzrə olduğunu diqqətə çatdırıb.

Qeyd edib ki, bu gün axşamdan etibarən trek ərazisindəki yollar bağlanacaq. Çünki səki kənarındakı bütün tikintilər tamamlanmalıdır. Təxminən 83 yerdə yol hərəkətinin bağlanması ilə əlaqədar işlərin yekunlaşdırılması nəzərdə tutulur. 87-47 nömrəli avtomobil sabah səhər Avropa Qran-prisində iştirak edəcək yarış maşınlarını əraziyə gətirəcək. Bəzi heyətlər artıq şəhərdədir. Digərləri isə sabah gələcəklər. Ümumiyyətlə, hazırlıq işləri planımıza uyğun qaydada, vaxta tam riayət etməklə tamamlanmağa doğru gedir. Heyətlər tam gəldikdə hazırlığımız yekunlaşacaq. Artıq Bakıda olan heyətlər burada gözlədiklərindən də mükəmməl şəraitlə üzləşdiklərini bildiriblər.

T.Butçer deyib: “Bakı öz hazırlığını bütün dünyaya göstərir. Görək, dünya Bakının ona təklif etdiyini qəbul etməyə hazırdır, ya yox? Hamıda xahiş edirəm ki, yarışlara gəlsin, yürüş zamanı ölkəsini, şəhərini və bu layihəni dəstəkləsin. Trasın sonuncu yoxlanışı iyunun 15-də Beynəlxalq Avtomobil Federasiyasının nümayəndələri tərəfindən aparılacaq. Bundan sonra tras yarışa tam hazır olacaq”.

Sonra media nümayəndələri “Abşeron” tribunasında yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, bu tribuna yarışın start və finiş xəttinin yaxınlığında yerləşir. Azarkeşlər idmançıların mükafatlandırılması mərasimini buradan aydın izləyə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.