İDMAN


Formula 1 Azərbaycan Qran-Prisi ərəb mətbuatının diqqət mərkəzindədir

Qahirə, 9 iyun, AZƏRTAC

İyunun 4-6-da Bakıda keçirilmiş Formula 1 Azərbaycan Qran-Prisi ərəb KİV-lərinin diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin “Abu Dabi Sport”, “Əl Cəzirə”, Misirin “Nile Sport”, “Oman Sport” televiziya kanalları maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən Azərbaycan Qran-Prisi haqqında geniş reportajlar yayımlayıblar.

Ərəb ölkələrinin qəzetləri və informasiya agentlikləri də Formula 1 Azərbaycan Qran-Prisi barədə silsilə materiallar dərc ediblər. Misirin MENA, Səudiyyə Ərəbistanının SPA, Bəhreynin BNA agentlikləri yarışlar haqqında xəbərlər yayımlayıblar. Bundan başqa, “Əl Əhram”, “Saudi Gazette”, “The Daily Tribune – News of Bahrain” nəşrlərində yürüşün detalları haqqında xəbərlər və pilotların müsahibələri dərc olunub.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.