İDMAN
Formula 1 Azərbaycan Qran-Prisinin stüardları “Red Bull Racing”in hər iki pilotunu cəzalandırıb
Bakı, 30 aprel, AZƏRTAC
Formula 1 Azərbaycan Qran-Prisinin stüardları yürüşün 40-cı dövrəsində baş verən insidentə görə “Red Bull Racing”in hər iki pilotunu cəzalandırıb. Daniel Rikkardo komanda yoldaşı Maks Ferstappeni əsas düz yolda ötməyə cəhd edib, nəticədə onların bolidi toqquşub və hər iki yürüşçü mübarizəni dayandırmalı olublar.
AZƏRTAC xəbər verir ki, stüardlar hər iki pilotun bu hadisədə təqsirkar olduqlarını qeyd ediblər. Mövqeni qoruyan Maks Ferstappen, iki dəfə hərəkət istiqamətini dəyişib. Lakin bu, nisbətən az idi. Daniel Rikkardo sol tərəfdən həddindən artıq gec həmlə edib. Bu yolla, insidentin əvvəldən Ferstappen tərəfindən qaldırılmasına baxmayaraq, təqsir onun komanda yoldaşının üzərindədir.
Bu, stüardlar tərəfindən cari ildə verilən ilk xəbərdarlıqlardır. Yürüşçü birtipli qayda pozuntusuna görə mövsüm ərzində 3 xəbərdarlıq alarsa, start meydançasında 10 yer itirə bilər.