İDMAN


Formula 1 çempionatının Sinqapur Qran-Prisi meşə yanğınları səbəbindən təhlükə ilə üz-üzədir

Bakı, 16 sentyabr, AZƏRTAC

Formula 1 çempionatının Sinqapur Qran-Prisinin keçirilməsi trass rayonunda güclü tüstülənmə səbəbindən təhlükə altında ola bilər.

AZƏRTAC “PitPass” portalına istinadla xəbər verir ki, buna səbəb qonşu İndoneziyada baş verən meşə yanğınlarıdır. Havanın çirklənmə səviyyəsi hazırda 100 vahidə çatıb ki, bu da beynəlxalq təsnifatlara görə “səhhət üçün yararsız” hesab edilir. Artıq şəhər apteklərində tibb maskaları qıtlığı yaranıb.

“Əgər tüstü səbəbindən yarışların keçirilməsində, görünmə dərəcəsində və ziyarətçilərin səhhətində problemlər yaranarsa, o zaman mərhələnin təşkilatçıları tədbirlə bağlı qərar qəbul etməzdən əvvəl müvafiq qurumların rəyini öyrənəcəklər”, - deyə “PitPass” Sinqapur Qran-Prisi promouterlərinin bəyanatından sitat gətirir.

Sinqapur Qran-Prisinin sentyabrın 20-22-də keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.