CƏMİYYƏT
Fotoqraf Emil Qarabəy: “Romadan Şuşaya” adlı sərgini qazilərə və şəhidlərə həsr edirəm VİDEO
Roma, 10 noyabr, AZƏRTAC
Şuşaya səfərim zamanı çəkdiyim fotolardan ibarət “Romadan Şuşaya” adlı sərgini Vətən müharibəsi iştirakçılarına, xüsusilə də qazilərə və şəhidlərə həsr edirəm.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İtaliyada yaşayan azərbaycanlı fotoqraf Emil Qarabəy deyib.
Altı ildir fotoqrafiya ilə məşğul olduğunu deyən E.Qarabəy bu müddətin 4 ilini Romada keçirdiyini bildirib: “Vətəndən uzaqda yaşadığım müddətdə arzum o idi ki, işğalda olan torpaqlarımız azad edilsin və mən də azad olunan həmin ərazilərdə fotolar çəkim. Şükürlər olsun ki, mən arzuma çatdım, iyul ayında Şuşada oldum, şəhərin gəzməli və görməli yerlərində fotolar çəkdim. Şuşada olduğum vaxt belə bir qənaətə gəldim ki, çəkdiyim fotoları nəinki Avropaya, bütün dünyaya çatdırım”.
O, sərginin təşkili ilə bağlı Azərbaycanın İtaliyadakı səfirliyinə müraciət etdiyini, göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma