CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Bakı, 14 fevral, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzində 2020-ci il üçün mülki müdafiə kurslarının komplektləşdirmə planına əsasən, fevralın 11-dən 13-dək “Kəşfiyyat manqa komandirləri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, kurslarda dinləyicilərə əhalinin baş verə biləcək fövqəladə hadisələrdən mühafizəsi üsulları, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, idarəetmə orqanlarının əhalinin mühafizəsi sahəsində rolu və zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsinə dair məşğələlər keçirilib.

Həmçinin mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqların təkmilləşdirilməsi, habelə mülki müdafiə sahəsində vəzifələrin yerinə yetirilməsi mövzuları da diqqət mərkəzində olub.

Mövzular fotoslaydların müşayiəti ilə təqdim edilib.

Sonra dinləyicilər xüsusi xilasetmə avadanlıqları ilə yaxından tanış olub, kollektiv mühafizə qurğusu yerləşən sığınacağa baxış keçiriblər.

Sonda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə şəhadətnamələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.