REGİONLAR


Fövqəladə hallar naziri Zaqatalada zəlzələdən zərərçəkən ərazilərə baxış keçirir

Zaqatala, 6 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ötən gün respublikamızın şimal-qərb bölgəsində baş vermiş zəlzələdən sonra vəziyyətlə yerində tanış olmaq üçün Zaqatala rayonuna səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kəmaləddin Heydərov nazirliyin digər rəhbər şəxsləri ilə birlikdə əvvəlcə Əliabad qəsəbəsinə baş çəkib. Nazir yeraltı təkanlardan zərərçəkmiş digər məntəqələrdə də olacaq.

Qeyd edək ki, iyunun 5-i axşam saat 22:40 radələrində Zaqatala rayonu ərazisində 6 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar ətraf rayonlarda 5-3 bala qədər hiss edilib.

Rayon fövqəladə hallar komissiyasından bildiriblər ki, yerlərdən daxil olan ilkin məlumatlara görə, yeraltı təkanlar nəticəsində rayonun Əliabad qəsəbəsində, Suvagil, Mamrux və Yuxarı Çardaxlar kəndlərində əvvəlki zəlzələlər zamanı qəzalı vəziyyətə düşmüş köhnə tikililərin, tövlələrin divarlarındakı çatlar genişlənib, bəzi evlərdə çatlar əmələ gəlib, həyətlərin hasarları uçub.

Hazırda rayon fövqəladə hallar komissiyası yerli icra nümayəndəlikləri ilə birlikdə zəlzələ nəticəsində dəymiş zərəri müəyyənləşdirmək üçün yerlərdə araşdırmalar aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.