CƏMİYYƏT
“Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda seminar-müşavirə keçirilib
Bakı, 9 iyul, AZƏRTAC
İyulun 9-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı ilə 6 saylı regional sukanal idarəsinin Qəbələ sukanal sahəsində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda seminar-müşavirə keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, müşavirədə Şimal-qərb Regional Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Müfəttişliyinin və regional sukanal idarəsinin əməkdaşları iştirak ediblər.
Əvvəlcə məruzəçilər tərəfindən “Fövqəladə halların qarşısının alınmasında təbliğatın rolu”, “İdarə və təşkilatlarda fövqəladə hallara hazırlığın təşkili”, “Sənaye müəssisələrində texniki təhlükəsizlik qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “112” xidmətindən düzgün istifadə qaydaları mövzularında çıxışlar edilib.
Sonra fövqəladə hallarla bağlı mövzulara diqqətin daha da artırılması, həmçinin bu səpgidə mütəmadi söhbətlərin aparılması tövsiyə olunub, suallar cavablandırılıb.