ELM VƏ TƏHSİL


Fransa-Azərbaycan Universitetinə qəbul imtahanında 428 abituriyent iştirak edib

Bakı, 27 iyul, AZƏRTAC 

İyulun 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Fransa-Azərbaycan Universitetinə (UFAZ) 2017-2018-ci tədris ili üçün qəbul imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzinin mərkəzləşdirilmiş qəbul imtahanında birinci qrup üzrə 500-dən çox bal toplamış abituriyentlərdən 428-i UFAZ-a qəbul imtahanında iştirak üçün qeydiyyatdan keçib. UFAZ-da müvafiq ixtisaslar üzrə 120 dövlət sifarişli və 40 ödənişli əsaslarla, ümumilikdə 160 tələbənin təhsil alması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, saat 10.00-da başlanan imtahan saat 12.00-da başa çatıb. İmtahanda abituriyentlər ümumi təhsil pilləsindəki tədris dillərinə uyğun (Azərbaycan və ya rus) riyaziyyat, kimya, fizika və ümumi biliklər bloku üzrə hər birindən on test sualını cavablandırıb, ingilis dilində qrammatik çalışma və esse yazıblar.

İmtahanın nəticələri iyulun 28-də elan olunacaq.

Xatırladaq ki, UFAZ-da dörd ixtisas üzrə - geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompüter elmləri, neft-qaz mühəndisliyi ixtisasları üzrə tədris həyata keçirilir.

UFAZ-ın məzunları Strasburq Universitetinin və ADNSU-nun diplomlarını alacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.