Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Fransa Azərbaycanla əlaqələrdə qurulmuş siyasi-iqtisadi göstəriciləri sıfırlamış oldu - ŞƏRH

Fransa Azərbaycanla əlaqələrdə qurulmuş siyasi-iqtisadi göstəriciləri sıfırlamış oldu - ŞƏRH

Bakı, 6 dekabr, AZƏRTAC

Fransanın zaman-zaman beynəlxalq münasibətlər və hüquqa təhdid rolunda çıxış etməsi heç kəsə sirr deyil. Bu ölkənin Senatının ardınca Milli Assambleyanın da qəbul etdiyi qərəzli qətnamə Parisin ölkəmizə qarşı məkrli siyasətə başlamasını açıq şəkildə ortaya qoydu. Bəli, bu münasibətlə fransızları təbrik etmək olar. Ölkələri səriştəsiz, qərəzli siyasətçilər və rəhbərlərinin qeyri-peşəkar davranışları səbəbindən terrorizmi dəstəkləyən, habelə bir qrup daşnak ermənilərinin məkrli niyyətinin yedəyində gedən dövlətə çevrilməkdədir. Aşağı palatanın qəbul etdiyi qərarla Fransa Azərbaycanla əlaqələrdə ən yarıtmaz məqsədlərini nümayiş etdirdi, bu vaxta qədər qurulmuş siyasi, iqtisadi göstəriciləri sıfırlamış oldu.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Telman İsa söyləyib.

“Öz ölkəsinin maraqlarını bir ovuc erməni lobbisinin istəyi üzərində qurması, milli hədəflərini erməni siyasətinə qurban verməsi Fransa üçün utancverici deyilmi? Terrorçu, işğalçı, təcavüzkar siyasət aparan ölkəni hər cür dəstəkləmək və özünə ən yaxın tərəfdar seçməklə Fransa, əslində, dünyanın mübarizə apardığı radikal separatizmi dəstəklədi. Bu proses hələ də “uğurla” davam edir, bununla da Avropa dəyərlərindən uzaqlaşdığını sərgiləyir. Şübhəsiz, Fransa parlamentarilərinin bu addımları bölgədə sülh prosesini zərbə altına qoyur, Cənubi Qafqazda təhlükəsiz mühitin formalaşmasına mane olur. ASALA boyda terror təşkilatını yaratmış daşnaklara “yanınızdayıq” demək Avropada, dünyada, hətta nüfuzlu beynəlxalq təşkilatlarda təmsilçiliyi olan Fransaya qətiyyən dividend gətirmir, əksinə, demokratik dəyərlərə inanan şəxslərdə ümidsizlik və xəyal qırıqlığı yaradır”, - deyə siyasi ekspert qeyd edib.

Onun sözlərinə görə, Fransa həm Birinci Qarabağ müharibəsi, həm də Vətən müharibəsi dövründə Ermənistanın Azərbaycana qarşı təcavüzünü silahla, pulla, ardıcıl siyasi dəstək təmin etməklə müdafiə edib və bu gün də bu işi davam etdirir. Bu yanlış və təhlükəli “kirvəliyi”, “bacılığı” edənlərdən biri də elə Fransa Prezidenti Emmanuel Makrondur. Bu, açıq-aşkar ermənipərəst mövqeyini sərgiləyən o dövlətin başçısıdır ki, həmin dövlət 30 ildir Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə gedən prosesin vasitəçilərindən biridir. Ancaq nə Makronun sələfləri olan Fransua Mitteran, Jak Şirak, Nikola Sarkozi, Fransua Oland, nə də Makron özü heç vaxt bu məsələdə ədalətli hakim rolu oynamayıblar və kimliyindən asılı olmayaraq növbəti dövlət başçısının da mövqeyi belə olacaq - həmişə ermənilərdən yana. Çünki bu, həm də Fransa dövlətinin mövqeyidir və bu dövlət hələ 110 il öncədən özünü Qafqazda, Türkiyədə yaşayan ermənilərin hamisi, müttəfiqi elan edib.

Telman İsa bildirib ki, fransızlarla ermənilər Birinci Dünya müharibəsində çiyin-çiyinə vuruşublar, müasir Türkiyənin cənub-şərqində birlikdə ömrü qısa çəkən qondarma dövlətlər qurublar. Beləliklə, Makron tərəfsiz vasitəçi olacağı yerdə tərəfkeş himayədar roluna can atır və hələ həyasızcasına Fransanın ATƏT-in Minsk qrupundakı bədnam fəaliyyətini bərpa etmək üçün dəridən-qabıqdan çıxır. Elə Azərbaycan dövlətinin də nə üçün Fransanın iştirakçı olduğu vasitəçilik missiyasına soyuq yanaşdığının sirri bundadır. Azərbaycan cəmiyyəti, hamımız açıq və sərt şəkildə fransalı parlamentarilərə bildirməliyik ki, ikili standartlar və selektiv yanaşma ağızdolusu danışdıqları və təbliğ etdikləri demokratik dəyərləri aşındırıb. Onlar neokolonizm, neofaşizm, islamafob, irqçi, millətçi və türkəfob ideyaların qatı təbliğatçısına çevriliblər. Apardıqları bu məkrli siyasət son nəticədə özlərinə qarşı çevriləcək.

“Əlbəttə, bütün bu cəhdlər dövlətimizin qətiyyətini sarsıda bilməz. Dövlətimizin prinsipial mövqeyi dəyişməz olaraq qalır və Azərbaycanın irəli sürdüyü şərtlər əsasında imzalanacaq sülh müqaviləsi Cənubi Qafqazda davamlı sülhü təmin edə bilər. Bir daha aydın olur ki, Prezident İlham Əliyev nə üçün ADA Universitetində Makronu sülh danışıqlarını pozmaqda açıq şəkildə ittiham etdi. Brüssel görüşündən imtina da bu amildən qaynaqlanır. Ortaya paradoksal faktlar çıxır - səni aqressiyada ittiham edən şəxslə necə bir masa arxasında əyləşmək, sülhdən danışmaq olar? Görən, ermənilərin xaç atası Makron bu barədə nələri düşünür?”, - deyə T.İsa qeyd edib.

Siyasi ekspertin sözlərinə görə, keçmişi qaranlıq və məhrumiyyətlərlə dolu olan, müstəmləkəçiliyi dövlət siyasətinə qaldıran, Əlcəzair və Afrikanın digər bölgələrində, müxtəlif ölkələrdə soyqırımları, amansız qırğınlar törədən Fransanın öz-özünə bir hesabat da verməsi vacibdir, günün tələbidir.

“Əminik ki, Azərbaycan heç vaxt nə Fransanın, nə də digər bir ölkənin müstəmləkəsi olmayacaq. Bu niyyətdə olanlar Azərbaycanı heç bir ölkə ilə qarışdırmamalıdır. Ölkəmizin Xarici İşlər Nazirliyinin bəyanatında deyildiyi kimi, əleyhimizə qəbul olunan istənilən qurama qətnamələri xalqımız və dövlətimiz rədd edir, bundan sonra da belə olacaq!”, - deyən Telman İsa fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Piylənmə uşaqlarda insulin müqavimətinə səbəb ola bilər

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Britaniyada növbəti deputat Leyboristlər Partiyasına keçib

Nəcəf Cəfərli: ADA Universitetinin dəstəyi ilə “MacFrut” sərgisində iştirak edirik

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində VİDEO