ELM VƏ TƏHSİL
Fransalı qonaqlar Milli Azərbaycan Tarixi Muzeyində
Bakı, 18 noyabr, AZƏRTAC
“France 2” telekanalının “İslam verilişləri” üzrə baş prodüseri Djelul Begura və jurnalist Favziya Zuari AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində (MATM) olublar.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, görüşdə bu elmi müəssisənin direktoru, akademik Nailə Vəlixanlı MATM-ın tarixi, fondları və eksponatları haqqında ətraflı məlumat verib, Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçilik fəaliyyətindən bəhs edib. O, həmçinin “France 2” telekanalına müsahibə verib, Azərbaycanda islamın tarixi, muzeyin islami eksponatları barədə danışıb.
Akademik Nailə Vəlixanlı fransalı qonaqları muzeyin gələn il keçiriləcək 100 illik yubileyinə dəvət edib, onlara MATM-ın nəfis tərtibatlı nəşrlərini hədiyyə edib.
Sonra qonaqlar muzeyi ziyarət ediblər.