DÜNYA
Fransanın əsas şəhərlərində polis zorakılığına qarşı nümayişlər keçirilib
Paris, 29 noyabr, AZƏRTAC
Fransada qlobal təhlükəsizlik qanununa və polis zorakılığına qarşı nümayişlər keçirilib.
AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə nümayişdə 133 min, təşkilatçılara görə isə 500 min nəfər iştirak edib.
Paris, Strasburq, Lion, Lil, Marsel kimi şəhərlərdə keçirilən etiraz nümayişlərində “Silahlarınızı endirin, kameralarımızı endirəcəyik!” şüarı səsləndirilib. Nümayişçilər ifadə azadlığını və hüquqi dövlət prinsipini pozan qanun mətninə etiraz olaraq Parisdə Respublika meydanına toplanıblar.
Nümayişçilər və polis arasında toqquşma olub. Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Küçələrdə maşınlar, qəzet köşkü, eləcə də kafelər yandırılıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [21:18]
Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib
- 08.05.2024 [21:17]
Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq
- 08.05.2024 [20:55]
Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir
- 08.05.2024 [19:29]
Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib
- 08.05.2024 [19:05]
Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb
- 08.05.2024 [18:10]
Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb
- 08.05.2024 [18:07]
Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək
- 08.05.2024 [17:15]