Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Fransanın radiosunda Brüssel görüşünün konkret nəticələrindən danışılıb

Fransanın radiosunda Brüssel görüşünün konkret nəticələrindən danışılıb

Paris, 25 may, AZƏRTAC

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev bu ölkənin “Radio courtoisie” radiosunun qonağı olub.

AZƏRTAC xəbər verir ki, verilişdə üçtərəfli Brüssel görüşündən, ölkəmizin tarixi, Qafqaz Albaniyası, ölkə ərazisindəki kilsə, sinaqoq və məscidlərin Azərbaycan tarixi irsi olmasından, eləcə də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilmiş Fransa ravvinlərinin konqresindən danışılıb.

Səfir bildirib ki, müharibənin başa çatmasından 18 ay sonra artıq əsas nəticələr bəllidir. İki ölkə arasında on illər ərzində həll edilməmiş məsələlərin həlli istiqamətində əsl iş artıq başlayıb.

Qeyd olunub ki, Brüsseldə Avropa İttifaqının vasitəçiliyi və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ev sahibliyi ilə keçirilmiş görüş üçüncü üçtərəfli görüşdür. Artıq Ermənistan da masa arxasında danışıqlara gedir. Budəfəki görüş çox səmərəli oldu. Bu görüşün 4 əsas məsələ üzərində qurulmuş nəticələri var. Tərəflər sərhəd məsələlərini - delimitasiya və demarkasiyanı həll etmək üçün ikitərəfli komissiyanın yaradılması üzrə razılığa gəldilər. Bu görüşdən iki gün sonra artıq konkret nəticə əldə olunub. Belə ki, hər iki ölkədə yaradılmış komissiyaların üzvləri sərhəddə görüşüblər.

İkinci nəticə isə sülh istiqamətində danışıqlar aparılması üçün nümayəndə heyətlərinin tərkibinin formalaşdırılmasıdır. İki ölkə arasında bu günədək diplomatik əlaqələr yox idi. Bu nümayəndə heyətlərinə hər iki ölkənin xarici işlər nazirləri sədrlik edəcəklər. Ümid edirik ki, nəhayət, sülh sazişinin imzalanması üçün bu nümayəndə heyətləri arasında danışıqlar tezliklə başlayacaq və bu istiqamətdə də konkret nəticə əldə olunacaq.

Üçüncü istiqamət kommunikasiyaların, nəqliyyat yollarının açılmasıdır. Bu yollar 30 ildən çoxdur ki, bağlıdır. Dəmir və avtomobil yollarının, bütün lazımi infrastrukturu yenidən qurmaq lazımdır. İki ölkəni birləşdirmək üçün bu yollar inşa edilməlidir. Bu, Azərbaycanın Naxçıvanla quru və dəmir yolu əlaqəsini bərpa edəcək. Ancaq Ermənistan bu yolların tikintisindən daha çox bəhrələnəcək, regional bazarlara və əməkdaşlığa qoşulacaq.

Brüssel görüşünün dördüncü əsas nəticəsi iki ölkə arasında, eləcə də regionda iqtisadi inkişafın təmin edilməsidir. Avropa İttifaqı hər iki ölkəni konkret layihələrlə dəstəkləyəcək. İqtisadi komissiya mövcud iqtisadi, sosial məsələlərin həllini tapmağa öz töhfəsini verəcək.

Səfir artıq münaqişə ilə bağlı qanlı səhifələrin yavaş-yavaş bağlandığını bildirib. Deyib ki, bu gün artıq barışıq istiqamətində, sülh, təhlükəsizlik sahələrində ilk addımlar atılır. Bu, Brüssel görüşündə əldə olunan əsas nəticədir.

Danışıqlar istiqamətində irəliləyişin olduğunu bildirən səfir R.Mustafayev hələ də həllini gözləyən bəzi məsələlərə toxunub. Qeyd edib ki, qaçqınlar, məcburi köçkünlər məsələsi açıq qalmaqdadır. Azərbaycanda 750 mindən çox məcburi köçkün doğma evinə qayıdacağı günü gözləyir. Məcburi köçkünlərin doğma evlərinə qayıda bilmələri üçün azad edilmiş ərazilər ermənilərin basdırdıqları minalardan təmizlənməlidir. Ərazilərin minalardan təmizlənməsi bu günün əsas çağırışıdır. Müharibədən sonra 200-dən çox azərbaycanlı mülki şəxs və hərbçi minaların qurbanı olub. Ermənistan mina xəritələrini təqdim etsə də, onların dəqiqliyi çox azdır. Diplomat, həmçinin vurğulayıb ki, Fransa da daxil olmaqla, bir çox Avropa ölkələri azad olunmuş ərazilərimizin minalardan təmizlənməsinə kömək edirlər. Minalardan əlavə, münaqişə dövründə tamamilə dağıdılmış rayonların yenidən qurulmasına ehtiyac var.

Rəhman Mustafayev çıxışında humanitar məsələlərə də toxunub, hələ Birinci Qarabağ müharibəsində 4 minə yaxın azərbaycanlının itkin düşdüyünü və bu günə qədər onlardan xəbər olmadığını bildirib. Deyib ki, itkin düşmüş şəxslərin yaxınları onların taleyi ilə bağlı məlumat gözləyirlər.

Fransa mətbuatının keçmiş münaqişəyə dini don geyindirmək cəhdlərinə, onu müsəlman Azərbaycan və xristian Ermənistan arasında münaqişəsi kimi təqdim etməsinə münasibət bildirən səfir deyib ki, Azərbaycan Qafqaz Albaniyası dövründə xristian dövləti olub. Sonradan VII əsrdə Azərbaycanda İslam dini qəbul edilib. Bu gün ölkə ərazisində xristian dininə aid bütün dini abidələr Azərbaycanın dini irsidir. Xristian dini mədəniyyətimizin bir hissəsidir.

Verilişdə ölkəmizin Fransadakı səfirliyinin Parisdəki Mədəniyyət Mərkəzində keçirilmiş yəhudi ravvinlərin konqresindən də danışan səfir bildirib ki, Azərbaycanda digər dinlərin nümayəndələri kimi, yəhudi icması da dini rituallarını sərbəst şəkildə həyata keçirirlər. Digər ölkələrdən fərqli olaraq, Azərbaycanda sinaqoqların qapısı bütün gün açıq olur.

Sonda səfir Rəhman Mustafayev Fransadakı erməni icmasının rəhbərlərini Ermənistan dövlətinin, onun siyasi rəhbərliyinin sülh, barışıq istiqamətində səylərini dəstəkləməyə çağırıb.

 
Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STS 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ VİDEO