CƏMİYYƏT


Fransız tədqiqatçılar məişət kimyası vasitələrində kanserogen maddələr tapıblar

Bakı, 13 aprel, AZƏRTAC

Məişət kimyası malları qrupuna daxil olan vasitələr insanların sağlamlığı üçün təhlükəli ola bilər. Onların tərkibində uçucu kanserogen maddələr var.

AZƏRTAC “MedikForum” saytına istinadla xəbər verir ki, bu faktlar Fransada aparılan tədqiqatlar zamanı üzə çıxıb. Fransız istehlakçıların müdafiəsi Assosiasiyasının sifarişi ilə alimlərin apardıqları araşdırmaların nəticələrinə görə, sənaye üsulu ilə istehsal olunan təmizləyici vasitələrdə böyük miqdarda uşuçu üzvi birləşmələr var və onlarında əksəriyyəti kanserogendir. Tədqiqatçıların əldə etdikləri nəticələr təşkilatın saytında yerləşdirilib.

Alimlər daha populyar olan 60 təmizləyici kimyəvi vasitənin tərkibini öyrəniblər. Müəyyən olunub ki, tərkibi öyrənilən təmizləyici vasitələrin əksəriyyətində (67 faizində) izotiazolinon uçucu üzvi birləşmələri var ki, onların da bir çoxu bakteriyaları məhv etmək üçün nəzərdə tutulan kanserogendir. Alimlərin sözlərinə görə, bu maddələr insanlara güclü allergen təsiri də göstərə bilər.

Tədqiqatçılar məişət kimyası vasitələrindən mümkün olduğu qədər az istifadə etməyi tövsiyə edirlər. Layihənin müəllifləri qeyd ediblər ki, istifadə üzrə təlimatlara düzgün əməl edilməsi və otaqların havalandırılması zamanı bu təmizləyici vasitələrdən təhlükəsiz istifadə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.