İDMAN


Fuad Muradov: Komitə xarici ölkələrdə idmanla məşğul olan soydaşlarımıza dəstək verməyə hazırdır

Kiyev, 13 aprel, AZƏRTAC

Xarici ölkələrdə yaşayan azərbaycanlılar beynəlxalq idman yarışlarında uğurlar qazanırlar. Bütün bunlar bizi sevindirir.

AZƏRTAC xəbər verir ki, bu fikri Kiyevdə “Bakinets” güləş idman klubunda idmançılarla görüşündə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib. Onun sözlərinə görə, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır, bir çox mötəbər beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi edir.

Xarici ölkələrdə yaşayan soydaşlarımızın da idmanda daha çox uğurlar qazanması üçün Dövlət Komitəsi lazımi dəstəyi göstərməyə hazırdır.

İdman klubunun rəhbəri, Azərbaycanın sərbəst güləş üzrə Əməkdar idman ustası, Əməkdar məşqçisi Oleq Krapivin məlumat verib ki, ilk dəfədir soydaşlarımız Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatında Ukraynanı təmsil edirlər.

Kiyevdə yaşayan Pərviz və Təbriz Nəsibov qardaşları bu gün yunan-roma güləşi üzrə müvafiq olaraq 63 və 67 kiloqram çəki dərəcələrində Avropa çempionatında mübarizə aparacaqlar.

F.Muradov Ukraynada bu cür idman məktəblərinin sayının artırılmasının vacibliyini vurğulayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.