İDMAN
Futbol üzrə İtaliya və İspaniya çempionatlarında növbəti oyunlar keçirilib
Bakı, 21 aprel, AZƏRTAC
Aprelin 20-də futbol üzrə İtaliya və İspaniya çempionatlarında növbəti oyunlar keçirilib.
AZƏRTAC xəbər verir ki, İtaliya A Seriyasının mərkəzi matçı Milanda keçirilib. “Cüzeppe Meatsa” stadionunda baş tutan oyunda “İnter” “Roma”nı qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb.
Bundan başqa, “Parma” - “Milan” və “Udineze” - “Sassuolo” görüşləri də 1:1 hesabı ilə yekunlaşıb. “Boloniya” öz meydanında “Sampdoriya”nı 3:0, “Kalyari” isə “Frozinone”ni 1:0 hesabı ilə məğlubiyyətə uğradıb. “Empoli” doğma meydanında SPAL-a (2:4), “Cenoa” “Torino”ya (0:1), “Latsio” isə “Kyevo”ya (1:2) uduzub.
İspaniya çempionatında isə “Barselona” “Nou Kamp”da “Real Sosyedad” üzərində 2:1 hesablı qələbə qazanıb.
Günün digər oyunları isə aşağıdakı kimi nəticələnib:
“Eybar” - “Atletiko Madrid” - 0:1
“Selta Viqo” - “Jirona” - 2:1
“Rayo Valyekano” - “Ueska” - 0:0.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]