İDMAN


Futzal üzrə Azərbaycan-Polşa qarşılaşması başlayıb

Bakı, 7 oktyabr, AZƏRTAC

Bakı İdman Sarayında futzal üzrə Azərbaycan-Polşa qarşılaşması başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan yığmasının heyətində Emin Kürdov, Cavad Məmmədov, Rövşən Hüseynli, Hadi Əhmədi, Qallo, Amir Şojai, Amadeu, Xətai Bağırov, Rafael Vilela, Oktay Rüstəmli, Fineo, İsa Atayev, Fərid Ələkbərov və Bolinya yer alıb.

Polşa komandasında isə Mixal Kaluja, Bartlomey Navrat, Mixal Kubik, Mateuş Mrovets, Tomaş Krezel, Yakob Raşkovski, Katsper Sendlevski, Mikolay Zastavnik, Kamil Surmyak, Sebastyan Leşak, Ravel Kaniyevski, Kamil Roll, Mixail Lyaus və Rajmund Siekla mübarizə aparır. Yarışı Aslan Qalayev, Talqat Kosmuxambetov, Turexam Tursumbayev (Qazaxıstan) idarə edirlər.

Qeyd edək ki, bundan əvvəl Polşa komandası Yunanıstan yığmasına 3:0 hesabı ilə qalib gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.