REGİONLAR


Füzuli Dövlət Dram Teatrı “Qış möcüzəsi-5” adlı şou-proqrama başlayıb

Füzuli, 19 dekabr, AZƏRTAC

Füzuli Dövlət Dram Teatrı Yeni il münasibətilə “Qış möcüzəsi-5” adlı şou-proqrama başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, teatrın repertuarında olan Nicat Kazımovun "Ələddinin sehrli çırağı" tamaşası əsasında hazırlanan proqram teatr binasında, həmçinin rayonun işğaldan azad olunmuş kəndlərində, məcburi köçkünlər üçün salınmış qəsəbələrdə və hərbi hissələrdə təqdim olunacaq.

Proqramın ssenari müəllifi teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev, quruluşçu rejissoru Əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşovadır. Şaxta baba və Qar qızın, müxtəlif nağıl və cizgi filmi qəhrəmanlarının iştirak etdiyi şou-proqram 2020-ci il yanvarın 10-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.