REGİONLAR
Füzuli Dövlət Dram Teatrının kollektivi uşaqları “Bahar çələngi” adlı şou-proqramla sevindirir
Füzuli, 14 mart, AZƏRTAC
Füzuli Dövlət Dram Teatrı Novruz bayramı münasibətilə “Bahar çələngi” adlı şou-proqrama start verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 12-dən rayonun işğaldan azad olunmuş kəndlərində və məcburi köçkünlər üçün salınmış qəsəbələrdə təqdim olunan proqramın ssenari müəllifi teatrın direktoru, Əməkdar Mədəniyyət İşçisi Vaqif Vəliyev, quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur.
Novruzun əsas personajları Kosa və Keçəlin, həmçinin müxtəlif nağıl və cizgi filmi qəhrəmanlarınin iştirak etdiyi şou-proqramda aktyorların ifasında şən mahnılar da ifa olunur. “Bahar çələngi” şou-proqramı rayon sakinləri, xüsusən də uşaqlar tərəfindən maraqla qarşılanır.