REGİONLAR
Füzuli rayonunda 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə ağacəkmə aksiyası keçirilib
Füzuli, 12 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi bütün ölkə vətəndaşları kimi füzulililərin də böyük sevincinə səbəb olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əlamətdar hadisə münasibətilə Horadiz şəhərində və rayonun kəndlərində ağacəkmə aksiyası keçirilib.
Rayon ictimaiyyətinin və gənclərin iştirak etdiyi aksiya zamanı 300-dən çox şam ağacı ağac əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib.
Ölkə əhalisinin sayının 10 milyona çatması cəbhə bölgəsində yerləşən Füzuli rayonunda silsilə tədbirlərlə qeyd edilir. Horadiz şəhərində rayonun incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı və atəşfəşanlıq təşkil edilib, Füzuli Dövlət Dram Teatrının aktyorlarının ifasında “Qız atası” adlı tamaşa nümayiş olunub.