REGİONLAR
Füzuli rayonunda uşaqlara Vətənə məhəbbət hissləri və tariximizə maraq erkən yaşlarından aşılanır
Füzuli, 8 yanvar, AZƏRTAC
Vətənə məhəbbət hisslərinin, tariximizə marağın erkən yaşlardan aşılanması məqsədilə Füzuli rayonunda məktəbəqədər müəssisələrdə təhsil alan uşaqların mütəmadi olaraq Horadiz şəhərində yerləşən Tarix Diyarşünaslıq Muzeyinə ekskursiyaları təşkil olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti ekskursiyada rayonun işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən Əhmədbəyli, Mahmudlu-2 və Babı kənd körpələr evi uşaq bağçalarının məktəbəqədər hazırlıq qrupunun uşaqları iştirak ediblər.
Ekskursiya zamanı muzeyin müxtəlif guşələri ilə tanış olan uşaqlar 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş fotoguşəyə də baxış keçiriblər. Muzeyin bələdçiləri uşaqlara 20 Yanvar hadisəsi haqqında təəssürat xarakterli ümumi məlumat veriblər.
Tarix Diyarşünaslıq Muzeyinə ekskursiya uşaqların böyük marağına səbəb olub.