SİYASƏT


Füzuli və Şirvan Apellyasiya məhkəmələrinin nümayəndələri hərbi hissələrdə görüşlər keçiriblər

Bakı, 16 aprel, AZƏRTAC 

Müdafiə Nazirliyinin 2019-cu il üçün tədbirlər planına əsasən, Füzuli və Şirvan Apellyasiya məhkəmələrinin nümayəndələri cəbhəboyu zonadakı hərbi hissələrdə görüşlər keçiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşlərdə qarşılıqlı münasibətlərin nizamnamənin tələblərinə uyğun qurulması, cinayətkarlığa qarşı mübarizədə məhkəmənin hökm və qərarlarının rolunun artırılması, hərbi qulluqçular tərəfindən hərbi xidmət əleyhinə olan və digər cinayətlərin törədilməsinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin görülməsi barədə şəxsi heyətlə söhbətlər aparılıb.

Sonda şəxsi heyəti maraqlandıran sualları cavablandıran qonaqlar bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.